Beat It

Beat It
Maykl Cekson tərəfindən Thriller albomunda ifa olunmuş sinql
B tərəfi "Burn This Disco Out" (BK) / "Get on the Floor"
Yayımlanma tarixi 14 fevral, 1983
Janr hard-rok[1][2]
Dil ingilis dili
Müddət 04:18
Prodüser Kuinsi Cons, Maykl Cekson
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Billie Jean"
(1983)
"Beat It"
(1983)
"Wanna Be Startin' Somethin'"
(1983)
Audio nümunəsi
"Beat It" mahnısının səslənməsi

"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983-cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir.

Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989-cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.

Mahnını bu günə qədər Fall Out Boy, Pomplmamoose, Castin Biber, Nickelback, Kris Kornell, FergieEminem də daxil olmaqla bir çox musiqiçi ifa etmişdir. Mahnıdan "National Highway Safety Commission" tərəfindən sükan arxasında spirtli içki içməyə qarşı aparılan kampaniyada da istifadə olunmuşdur.

  1. Cromelin, Richard. "Michael Jackson has a good thing in 'Bad'". Los Angeles Times. August 31, 1987. June 29, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2012. 'Dirty Diana' is trying to be this year's 'Beat It'--a hard-rock song about a tenacious groupie...
  2. Pareles, John. "Pop Review: Michael Jackson's 'Bad', Follow-Up to a Blockbuster". The New York Times. August 31, 1987. February 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2012. ...'Dirty Diana'... mixes the sexual fears of 'Billie Jean' with the hard-rock lead guitar of 'Beat It'.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search